Zaqatalada narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutuldu

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 47 yaşlı Elmir Həmzəyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ondan 6 kiloqramdan artıq marixuana aşkar olunub. Araşdırmalarla saxlanılan şəxsin narkotiki Bakı şəhərinə aparmaq istədiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Həmzəyev barəsində həbs qətimkan tədbiri seçilib.
ZÜMRÜD