Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mətləb