Kürdəmirdə 1 yaşlı uşağı maşın vuraraq öldürüb. Rayon sakini İskəndərov Sahib Sabir oğlu Kürdəmir rayonu Yenikənd kəndində idarə etdiyi “Qaz 53” markalı avtomobili arxaya hərəkət etdirərkən 2022-ci il təvəllüdlü Bəkirov Uğur Semral oğlunu vurub.
Nəticədə körpə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Mətləb