Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Həsənov Ələkbər Tofiq oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub, vəziyyəti ağır qiymətləndirilir. Hadisənin təfərrüatı araşdırılır.
Mətləb