Qəbələdə ağır yol qəzası baş verib. Axşam saatlarında rayonun Mirzəbəyli kəndində ağır yol-nəqliyyat qəzası qeydə alınıb. Belə ki, Qaraməryəm-İsmayıllı Şəki avtomobil yolunun Qəbələnin Mirzəbəyli kəndindən keçən hissəsində “Ford” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub.
İkin məlumata görə, Qəbələ rayon sakini Hacıalı Zeynalovun idarə etdiyi “Ford” markalı avtomobilin Ağdaş rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində “Jiquli”nin sürücüsü ağır bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım cəlb edilib. Həkimlərin səyinə baxmayaraq “Jiquli”nin sürücüsü xəstəxanaya aparılarkən keçinib. Faktla bağlı araşdırma aparılır.
Mətləb