Gecə saatlarında Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Bəhmətli kəndi ərazisində baş verən qəzaya səbəb “Volkswagen Passat” markalı minik avtomobilin sürücüsü, Bəhmətli kənd sakini, 29 yaşlı Pünhan Hüseynovun idarəetməni itirməsi olub. Avtomobil yolun kənarındakı qaz xəttinə çırpılaraq aşıb.
Sürücü və onun sərnişini, 22 yaşlı Zakir Balayev Təcili Tibbi Xidmət vasitəsilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan da təsdiqləyiblər. Bildirilib ki, hazırda rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb.
Mətləb