Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, avtomobil yolu keçən 1962-ci il təvəllüdlü İbrahimova Nübar İbiş qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Mətləb