Sumqayıt şəhərində küçədən kişi meyiti aşkarlanıb. Hadisə Sumqayıt şəhər Üzeyir Hacıbəyli küçəsi, 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Zaur adlı 50-55 yaşlarında olan şəxsin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.
Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının briqadası cəlb olunub.
Mətləb