Cəlilabad rayon sakini Dağıstanda baş verən bədbəxt hadisə nəticəsində həlak olub. Hadisə respublikanın Qarabudaqkənd rayonunda qeydə alınıb.
Belə ki, hadisə tikilməkdə olan binaya beton örtüyü tökülən zaman baş verib. Nəticədə Cəlilabad rayonunun Təklə kənd sakini 1997-ci il təvəllüdlü Hilal Həsənov uçqun altında qalaraq həlak olub. Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn olunub.
Mətləb