Bakının Sabunçu rayonunda salfet istehsal edən sexdə partlayış zamanı ağır xəsarət alan 21 yaşlı gənc ölüb. Xatırladaq ki, hadisə bir neçə gün əvvəl Zabrat qəsəbəsində baş verib.
Partlayış zamanı 2002-ci il təvəllüdlü Həsənov Nahid Mehman oğlu yanıq xəsarətləri alıb. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Mətləb