Nərimanov rayonunda zəncirvari yol qəzası olub, yaralılar var

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib. Belə ki, Ziya Bünyadov prospektində bir neçə avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Baxşıyev Elməddin Telman oğlu və daha bir nəfər (ad-soyad dəqiqləşdirilir-red) xəsarət alıb.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.
Mətləb