Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Məmmədli Ramil Nəqdəli oğlunun idarə etdiyi velosiped avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan R.Məmmədli təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.