Bakıda avtomobil 5 yaşlı uşağı vurub. Hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2018-ci il təvəllüdlü Ağayeva Arzu Rövşən qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Mətləb