Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda keçirilən narkotik əməliyyatında şübhəlilərin atəş açması nəticəsində 1 polis əməkdaşı həlak olub, digəri yaralanıb. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, yaranan qarşıdurmada biri ölü, ikisi yaralı olmaqla 3 şübhəli ələ keçirilib. Əraziə cəlb edilən özəl hərəkat polisi əməliyyatlarını davam etdirir.
Mətləb