Sabirabadın H.Əliyev prospektində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Belə ki, “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Qəza nəticəsində Saatlı rayon sakinləri - 1953-cü il təvəllüdlü Abbasov Mircəlal Həmzə oğlu və oğlu, 1983-cü il təvəllüdlü Abbasov İsmayıl Mircəlal oğlu müxtəlf dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb