Bu gün səhər saat 07:00 radələrində Nərimanov rayonu R.Əliyev küçəsində 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətindən tədbirlər görülür. Nazirliyin açıqlamasında deyilir ki, hadisə barədə əlavə məlumat veriləcək.
Mətləb