Goranboyda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. Belə ki, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü F.Adıgözəlova və onun həyat yoldaşı xəsarət alıb. Hadisə zamanı avtomobildə onların 2 övladı da olub, lakin onlar xəsarət almayıblar.
Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mətləb