Bakının Yasamal rayonunda son günlərdə keçirilən əməliyyatlarla narkotiklərin dövriyyəsini təşkil edən 25 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Yasamal Rayon Polis İdarəsinin, həmçinin, ərazi şöbə və bölmələrinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin dövriyyəsi ilə məşğul olan 25 nəfər saxlanılıb.
Həmin şəxslərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Aşkarlanan faktlarla bağlı araşdırmalar aparılır.