Bakıda evdən oğurluq edən şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 675 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əli Novruzov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.