Kəskin istilər artıq acı nəticələrini göstərməkdədir. Sumqayıt şəhərində günvurmadan bir nəfər vəfat edib. Belə ki, SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda çilingər işləyən 59 yaşlı Tahir Quliyevi gün vurub. O, xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq T.Quliyev dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Mətləb Salahov