Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Nabran istirahət zonasındakı Şimali kəndi ərazisində qeydə alınıb.
Belə ki, “40-BT-399” dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb