Göyçayda avtomobil yanıb. Hadisə dünən axşam saatlarında rayonun Cəyirli kəndi ərazisində baş verib. Belə ki, Mürsəlov Salman Hacı oğlunun idarə etdiyi “23-BG-323” dövlət nömrə nişanlı "OKA" markalı minik avtomobili hərəkətdə olarkən qəfildən yanmağa başlayıb.
Hadisə yerinə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.
Mətləb