Gəncədə yol qəzası baş verib. Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var. "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mətləb