Daha bir yol qəzası Kürdəmirdə baş verib. Hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı avtomobil Ucar istiqamətində hərəkətdə olarkən ona arxadan gələn "Reno" markalı nəqliyyat hadisəsi çırpılıb.
Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb