Bakıda minik avtomobili qatarla toqquşub. “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovoz Qala-Binə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-FV-520 olan “Hyundai Elantra” markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, maşinist tərəfindən təcili tormozlanma aparılsa da, tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində xəsarət almış sürücü və 1 sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılarkən sürücü yolda dünyasını dəyişib.
Mətləb