Xaçmazda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Belə ki, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1996-cı il təvəllüdlü Manafov Vadim Ucabəy oğlu rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travması diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.
Mətləb