Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.1995-ci il təvəllüdlü Ələkbərov Rəfael Rafət oğlunun idarə etdiyi "BMW" markalı avtomobil yolu keçən piyada 1945-ci il təvəllüdlü Penkova Lidiya Aleksandrovanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mətləb