Salyanda daha bir narkotika "bağbanı" aşkarlanıb. Belə ki, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər çərçivəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Seyidsadıqlı kənd sakini Vaqif Səmədov saxlanılıb.Ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 46 ədəd çətənə kolu, eləcə də təmiz çəkisi 910 qram marixuana aşkar olunaraq götürülüb.
Mətləb