Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb. Hadisə 20 Yanvar abidəsinin yaxınlığında qeydə alınıb.
"Chevrolet" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı maşına çırpılması nəticəsində 1983-cü il təvəllüdlü Vaqif Rəhimov və onun oğlu 2007-ci il təvəllüdlü F.Rəhimov xəsarət alıb. Hər ikisi xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Mətləb