Abşeron rayonunun Xırdalan şəhərində intihara cəhd hadisəsi baş verib. Belə ki, Bakı-Sumqayıt avtomobil yolundakı yerüstü piyada keçidinin üzərinə çıxan bir nəfər intihara cəhd edib.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri və polis dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görülüb.
Aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.
Mətləb