Daha bir yol qəzası Şimal zonasında qeydə alınıb. Belə ki, Xaçmaz rayonunun Xudat qəsəbəsində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xudat-Nabran avtomobil yolunun Müqtədir qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "VAZ-2105" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Səfərov Elvin Mahir oğlu, 2000-ci il təvəllüdlü Şahbazov Seyid İlham oğlu, 1999-cu il təvəllüdlü Mirzəyev Ağa Ələddin oğlu, 1991-ci il təvəllüdlü Şahverdiyev Elşad Hikmət oğlu və Əlimuradov Aydın Məlik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.
Mətləb