Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri iyulun 21-də rayon ərazisində hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, ötən gün Abşeron rayonunda polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli ümumilikdə 1962 fakt aşkar olunub. Məlumata görə, Abşeron rayonu ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər mütəmadi olaraq etdiriləcək.
Mətləb