İmişlidə çoxmənzilli binada partlayış hadisəsi qeydə alınıb. Hadisə zamanı bir nəfər xəsarət alıb. Hadisə səhər saatlarında İmişli şəhəri Tofiq İsmayılov küçəsində yerləşən 5 mərtəbəli və 15 mənzilli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Partlayış nəticəsində 1993-ci il təvəllüdlü Musayev İlyas Azay oğlu xəsarət alıb. Hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Fakt araşdırılır.
Mətləb