Daha bir yol qəzası ölümlə nəticələnib. Belə ki, İmişlidə baş verən yol qəzasında avtomobil su kanalına aşıb və bir nəfər ölüb. Hadisə dünən axşam saat 22 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 14-BF-338 dövlət nömrə nişanlı vaz-2106 markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Hadisə zamanı avtomobilin sürücüsü ölüb. Fakt araşdırılır.
Mətləb