Nizami rayonunda narkotacirlərə qarşı əməliyyatlar keçirilib

img

Nizami rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılan şəxslər birbaşa olaraq Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirən şəxslər olublar.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Peşə etikası

Son xəbərlər