Bakıda avtomobil ehtiyatı hissələri anbarı qarət edildi

img

Bakıda avtomobil ehtiyatı hissələri anbarından külli miqdarda oğurluq olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə mayın 13-dən 15-dək olan müddətdə rayon ərazisindəki anbarların birindən 30.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Peşə etikası

Son xəbərlər