Həbsxanaya toyuğun içərisində narkotik keçirmək istəyən şəxs yaxalandı

img

Ədliyyə nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Xidmətdən məlumat verilib.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş 1 kq qəndin içərisində səpilmiş formada ümumi çəkisi 0,905 qram psixotrop maddə - metamfetamin və bişirilmiş toyuğun içərisində 0,817 qram miqdarında narkotik maddə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Peşə etikası

Son xəbərlər