Çətənə yetişdirən Bərdə sakini saxlandı

img

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elgiz Məmmədov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 21 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir və məhkəmənin qərarı ilə E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Peşə etikası

Son xəbərlər