Paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə, əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.
Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədov barəsində araşdırmalar davam edir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, Bakıda qazi adı ilə hərbi forma geyinib dilənən şəxs bir neçə dəfə məhkum edilib.
Polis mayoru bildirib ki, əməlləri ifşa edilən 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.