Şəmkirdə marketdə 539 min 222 manat məbləğində pulun mənimsənilməsi ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər ki, Şəmkir rayon sakini Ramin Əliyevin özünə məxsus “Zirvə” adlı marketdə 539 min 222 manat məbləğində pulun mənimsənilməsi barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Material Baş Prokurorluq tərəfindən öyrənilməklə faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Şəmkir rayon prokurorluğuna tapşırılıb.