Lənkəranda sitrus bağlarına qənim kəsilənlər saxlandı – 2000 manatdan çox ziyan...

img

Lənkəranda ayrı-ayrı şəxslərə məxsus təsərrüfatlardan dəyəri ümumilikdə 2000 manatdan artıq olan sitrus meyvələrini oğurlayan rayon sakiləri saxlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Tütəpeştə kəndi ərazisində yerləşən S. Salayevə məxsus təsərrüfatdan dəyəri 900 manat olan 3000 ədəd limon meyvələrinin oğurlanması ilə bağlı polisə müraciət edilib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran rayon sakinləri Fərid Hüseynzadə və Azər Əlizadə olduqları müəyyən olunub. Aparılan araşdırmalarla həmin şəxslərin digər bu kimi əməlləri də aşkarlanıb. Belə ki, F.Hüseynzadə və A.Əlizadənin rayon ərazisində əlavə olaraq daha 2 təsərrüfatdan ümumilikdə 1110 manat dəyərində 2000 ədəd limon, 500 kiloqram naringi və 200 kiloqram portağal meyvələrini oğurladıqları məlum olub.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Son xəbərlər