DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Sumqayıt şəhər sakinləri olan Ədalət Aşurov və Ramin Mirzəliyev sonuncuya məxsus “Renault” markalı nəqliyyat vasitəsi ilə Qusar-Xaçmaz istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Xaçmaz rayonu Xudat şəhəri ərazisində quraşdırılmış müvəqqəti stasionar postda Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıblar. Məlum olub ki, həmin şəxslər heç bir icazələri olmadan Xudat şəhərinə istirahət məqsədilə gəlmək istəyib.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özünü şübhəli apardığı üçün onların üzərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman hər iki şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Ədalət Aşurov və Ramin Mirzəliyev narkotik maddə istifadəçisi olduğunu və həmin narkotiklərin onlara məxsus olduğunu etiraf edib.
Faktla bağlı araşdırma aparılır.