Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Abdullayevin işlətdiyi “Kənd ocağı”restoranının müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 10 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanaraq Polis İdarəsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onlar inzibati qaydada ciddi şəkildə cəzalandırılıb. Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir hal təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.