Tağıyev qəsəbəsində baldızını bıçaqlayan Anar Əlizadə tutuldu

Sumqayıt Şəhər Prokurorluğundan aldığımız məlumata görə, iyulun 09-da saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Araşdırmalarla Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı, 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə aralarında yaranmış mübahisə zamanı xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hazırladı: Zümrüd VƏLİYEVA