şənbə günü, 31 oktyabr 2026
     

Beş bankla bağlı gərgin vəziyyət yaranıb

Image


Cari ilin sonuna getdikcə daha az müddət qaldığı bir vaxtda diqqət mərkəzində yer alan məsələlərdən biri də bankların nizamnamə kapitalı ilə bağlıdır. Xatırladaq ki, 2015-ci il yanvarın 1-dək nizamnamə və məcmu kapitalını indiki ilə müqayisədə 5 dəfə artırıb 50 milyon manata çatdırmayan bank ya bazarı tərk edəcək, ya da digər banka birləşdiriləcək.
Hazırda 8 bankın zərərlə işlədiyini nəzərə alsaq, fəaliyyətini dayandıracaq bankların olması qaçılmaz sayılır. Belə proqnozlaşdırılır ki, heç də bütün kommersiya banklarının Mərkəzi Bankın yeni nizamnamə kapitalına dair tələblərini həyata keçirmək imkanı yoxdur. Bu onunla bağlıdır ki, kommersiya banklarının bir qisminin nizamnamə kapitalı olduqca azdır. Nizamnamə kapitalı az olduğu üçün onların qısa zamanda bu kapitalı ifadə edən məbləği 50 milyona qədər artırması praktiki olaraq mümkün deyil. Aparılan araşdırmalar da göstərir ki, Mərkəzi Bankın nizamnamə kapitalının artırılması ilə bağlı qərarına mövcud bankların hamısı əməl edə bilməyəcək.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov 5 bankın məcmu kapitalın artırılması tələbinin yerinə yetirilməsi ilə bağlı problemi olduğunu qeyd edir: "Beş bankın birləşdirilməsi və ya statusunun dəyişdirilməsi və ya müflis olması gözlənir. Mərkəzi Bank çalışır ki, banklar müflis olmasın. Çünki bu, bank sektoruna inamı azalda və neqativ təsir göstərə bilər. Bu baxımdan da əsasən onların yerinin və statusunun dəyişdirilməsinə çalışılacaq. Mərkəzi Bank son illər bankların birləşdirilməsi ilə bağlı təşviqedici addımlar atsa da, bu baş tutmayıb. Təəssüf ki, Azərbaycan kommersiya bankları bu məsələdə maraqlı deyil. Bu isə beş bankın bağlanmasına gətirib çıxara bilər. Seçim kommersiya bankları olduğundan, onların müflis olmaması daha məqsədəuyğundur. Nəzərə alsaq ki, Mərkəzi Bankın öhdəliyi dekabrın 31-dən sonra qüvvəyə minir, artıq bu baxımdan bankların çıxış yolu yoxdur".
Xatırladaq ki, bankların ləğv olunması "Banklar Haqqında" Qanunun 58-ci və 59-cu maddələri ilə tənzimlənir. Belə ki, bank lisenziyası, təsisçilərin qərarı ilə bank müflis elan edilərsə, eləcə də Mərkəzi Banka təqdim edilən məlumatlar yanlış olarsa, bank aktivlərinin keyfiyyəti pisləşərsə və ya öhdəliklərinin icra olunmaması təhlükəsi yaranarsa, ümumiyyətlə bank fəaliyyətinin etibarlı qaydada həyata keçirilmədiyi müəyyən edilərsə, Mərkəzi Bank tərəfindən ləğv edilə bilər. Cari ilin sonunda məhz bu istiqamətdə baş bank tərəfindən müvafiq addımların atılması gözlənir. Bu fonda isə ən çox diqqət çəkən məsələlərdən biri kommersiya banklarında əhalinin əmanətlərinin taleyi ilə bağlıdır. Mövcud qaydalara əsasən, əmanətlərinin məbləği 30 min manat olan və illik göstəricisi doqquz faiz və ya daha az olan əmanətlər sığortalanır. Yəni vətəndaşın banklardakı əmanəti 30 min manatdan azdırsa və sığorta faizi fondun müəyyən etdiyi faizə uyğundursa, o zaman heç bir problem olmayacaq. Ən böyük narahatlıq məbləği 30 min manatdan artıq olan və daha yüksək faizlə qoyulan əmanətlərdir.
"Royalbank" təcrübəsi belə əmanətlərlə bağlı narahatlığın əbəs olmadığını göstərir. Qeyd edək ki, bu banka vəsait əmanət edənlərin heç da hamısı pullarını asanlıqla geri ala bilməyib. Xatırladaq ki, "Royalbank" iki il əvvəl AMB tərəfindən ləğv edilib. Həmin vaxt yalnız Əmanətlərin Sığortalanması Fondunun zəmanəti altına düşən əmanətlər qaytarılıb. Digər əmanətlərin qaytarılması AMB-nin xüsusi olaraq yaratdığı ləğv komissiyasına tapşırılıb. Lakin əmanətçilərin sözlərinə görə, bu da pulların geri qaytarılmasını asanlaşdırmayıb. Onu da bildirək ki, "Royalbank" 1993-cü ildən bank bazarında fəaliyyət göstərirdi. Əsas səhmdarı İran əsilli ABŞ vətəndaşı Əli Cam idi. 2012-ci ilin iyulunda Azərbaycan Mərkəzi Bankı "Royalbank"ın ümumi kapitalın minimum səviyyəsi və adekvatlığı ilə bağlı tələblərə riayət etməməsi, kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməməsi, eləcə də Mərkəzi Bankın yazılı göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqədar onun lisenziyasını ləğv edib. Bundan sonra əmanətlərin qaytarılması prosesi heç də asan olmadı və analoji hallar yenidən yaşana bilər. Buna yol verməmək üçün ən yaxşı vasitə isə zəif bankların birləşməsi hesab olunur.
Aparılan tədqiqatlar göstərir ki, banklarda olan əmanətlərin üçdə biri məhz sığortalanmayan əmanətlərdir. Ona görə də bankların birləşdirilməsi baş verərsə, bu zaman əmanətlərin saxlanması daha asan olacaq, vətəndaşın əmanəti müqavilədə olan şərtlərlə başqa bir banka avtomatik olaraq transfer ediləcək. Eyni zamanda, vətəndaş bundan sonra əmanəti götürmək və ya bankda saxlamaqla bağlı sərbəst qərar verə bilər. Bankın statusu dəyişərsə, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərərsə, o zaman təbii ki, vətəndaş əmanəti burda saxlaya bilməyəcək. Əmanət geri götürülməlidir. Çünki bank olmayan kredit təşkilatlarında əmanətlərin saxlanmasına qanunvericilikdə icazə verilmir.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ