Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın indiki xarici ticarəti manatla bağlı vəziyyəti dəyişdi

Image


Ölkə iqtisadiyyatının inkişafının daha dinamik hala gətirilməsi məqsədilə bu gün dövlət tərəfindən özəl sektora kifayət qədər böyük dəstək verilməsi danılmaz həqiqətdir. Elə bundan irəli gəlir ki, ölkədə həm sahibkarların artması, həm də özəl sektor tərəfindən istehsal edilən məhsulların çeşidinin, həcminin çoxalması müşahidə olunur. Proseslərin bu səpkidə inkişafı artıq Azərbaycanın bir çox məhsullar üzrə xaricdən olan asılılığını da əhəmiyyətli dərəcədə azaldıb. Əvəzində ixracda intensiv artım qeydə alınmaqdadır.

Yeri gəlmişkən qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan 7 milyard 620,126 milyon dollar dəyərində xarici ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur. 3 aylıq ticarət dövriyyəsinin 4 milyard 484,549 milyon dolları ixracın, 3 milyard 135,576 milyon dolları idxalın payına düşüb. Son nəticədə xarici ticarətdə 1 milyard 348,972 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 15,9% çoxdur. Son 1 ildə ixrac 33,7% artıb. Ekspertlər bu rəqəmləri yüksək dəyərləndirir və xarici ticarətdə müsbət saldonun artımının mühüm nəticələrə gətirib çıxaracağını proqnozlaşdırırlar.

Digər tərəfdən, xarici ticarət həcminin artması bir çox parametrlər baxımından da ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Məsələn, faktdır ki, iqtisadi inkişaf xarici ticarətin genişlənməsi nəticəsində ortaya çıxan rəqabətin artması, ölkəyə yeni texnologiyaların gəlməsi və bütövlükdə resurslardan daha səmərəli istifadə hesabına sürətlənir. Digər tərəfdən, makroiqtisadi stabilliyin mühüm elementi olan valyuta gəlirlərinin uzunmüddətli dövrdə davamlılığının təmin olunması baxımından ixrac gəlirlərinin artırılması vacib sayılır. Eyni zamanda, neftdən asılılığının azaldılması istiqamətində Azərbaycan hökuməti tərəfindən fəal xarici ticarət strategiyası həyata keçirilir. Elə qəbul edilmiş strateji yol xəritələri göstərir ki, ortaya qoyulan xarici ticarət strategiyası ixracın genişləndirilməsi, daxili bazarın qorunması və ticarət gəlirlərinin artmasına əsaslanır. Eyni zamanda, təhlillər göstərir ki, ticarətin asanlaşdırılması, ixrac edilən malların rəqabətədavamlılığı üçün Azərbaycan şirkətlərinə əlverişli şərait yaradılması da xüsusi diqqət mərkəzindədir. İxrac firmalarının beynəlxalq bazar araşdırmalarına dəstək verilməsi, ölkə ixracatçıları və ixracyönümlü istehsal sahələri ilə bağlı mükəmməl informasiya bazalarının formalaşdırılması da bu qəbildəndir.

O da məlumdur ki, beynəlxalq bazarlarda “Made in Azerbaijan” brendinin təşviqi üzrə kompleks və sistemli tədbirlərin həyata keçirilməsi də artıq ixrac həcminin artımı baxımından öz müsbət nəticələrini verməkdədir. Bu istiqamətdə işlərin uğurla davam etdirilməsi, ekspertlərin fikrincə, qarşıdakı dövrlərdə də müsbət nəticələrini verəcək. Eyni zamanda, uğurları daha da artırmaq məqsədilə paralel olaraq, ölkəyə xarici investisiyaların cəlb edilməsi istiqamətindəki tədbirlərin də genişləndirilməsi üçün müvafiq işlər aparılır. Hesab olunur ki, bu fonda qeyri-neft ixracı davamlı olaraq artarsa, ölkəyə xarici investisiya axını genişlənərsə, o zaman Azərbaycanın iqtisadi imkanları daha yüksək həddə çatacaq.

Hazırda ixrac həcminin yüksəldilməsi məqsədilə görülən işlər iqtisadiyyatın şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək baxımından vacib sayılır. Yeri gəlmişkən qeyd edək ki, cari ildən daha intensiv xarakter alan  iqtisadi islahatların, yatırılan sərmayələrin həcminin genişlənməsi də ölkə üçün vacib sayılan qeyri-neft sektorunda məhsul istehsalının artmasına və ixrac potensialının yüksəlməsinə şərait yaradıb.
Beynəlxalq reytinq agentliklərinin hesabatlarından da bəlli olur ki, son illərdə dünya bazarlarına çıxan Azərbaycan məhsullarına tələbat artır, “Made in Azerbaijan“ brendinin coğrafiyası artıq genişlənir. Məhsullarımıza bir çox qabaqcıl ölkələrin ticarət mərkəzlərində tələbat artıb. Elə  beynəlxalq maliyyə qurumlarının hesabatlarında ölkəmizin mövqeyinin ilbəil yaxşılaşması həyata keçirilən islahatların nəticəsidir. Bu fonda, yuxarıda qeyd olunduğu kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün müvafiq stimulverici tədbirlər həyata keçirilir. Hökumət qeyri-neft sektorunun inkişafı üçün yeni tədbirlər görür, biznes, investisiya, bazar və əmək şəraitinin əlverişliliyinin təmin edilməsi və genişləndirilməsi məqsədilə addımlar atır. Belə vəziyyətdə xarici ticarət həcmində ixracın xüsusi çəkisinin dahada artması proqnozlaşdırılır. Artan ixrac Azərbaycanda iqtisadi inkişafı sürətləndirməklə yanaşı, həm də maliyyə sektorunda Azərbaycanın mövqelərini gücləndirir. Bu mənada hesab edilir ki, qarşıdakı dövr ərzində manat xarici valyutalara nisbətdə sabit qalacaq və hətta hökumət imkan verdiyi təqdirdə mövqelərini daha da gücləndirəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ