SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) və onun “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsi üzrə tərəfdaşları satışa çıxarılacaq payların alınması ilə bağlı tenderdə iştirak etmək niyyətindədir. Baki-xeber.com İnterfaks-a istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
“SOCAR və AÇG blokunun işlənməsi layihəsi üzrə xarici tərəfdaşlarımız satışa çıxarılacaq payların alınması ilə bağlı tenderdə iştirak etmək niyyətindədir”, - deyə o, bu gün “Mərkəzi-Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində qeyd edib.
R.Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, tenderdə iştirakla bağlı qərar SOCAR və xarici tərəfdaşlar tərəfindən bu gün qəbul edilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin dekabr ayında Amerikanın “Chevron” və “ExxonMobil” şirkətləri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsindəki paylarını satmağı planlaşdırdıqlarını bildiriblər.