23/07/2019 22:30
728 x 90

Hacıqabulda avtobus və yük avtomobilləri istehsalı üzrə Azərbaycan-İran birgə zavodunun təməli qoyuldu

img

Cümə günü Hacıqabul şəhərində avtobus və yük avtomobilləri istehsalı üzrə Azərbaycan-İran birgə zavodun təməlqoyma mərasimi keçirildi.

Baki-xeber.com “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, Zavod Hacıqabul Sənaye Məhəlləsi ərazisində inşa olunacaq.

Mərasimdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani iştirak ediblər.

Layihənin dəyəri 10 mln. avro təşkil edir. Layihənin iştirakçıları 25% pay iştirakı ilə “Azərmaş” MMC (Azərbaycan) və 75% pay ilə “Qartal AZ” MMC-dir (İran).

“İnterfaks-Azərbaycan”a “Azərmaş” MMC-dən verilən məlumata görə, layihəyə birinci mərhələdə investisiyalar 6 mln. avro təşkil edəcək. Birinci mərhələ çərçivəsində illik 500 avtobus və yük avtomobilinin istehsalı planlaşdırıır. İkinci mərhələdə istehsal həcmi illik 1 min ədədə qədər artacaq.

Zavodda İsveç, Almaniya,Türkiyə və İran avadanlığı quraşdırılacaq.

“Avtobusların modelindən asılı olaraq dəyəri 135-200 min avro, yük avomobillərinin – 70-90 min avro təşkil edəcək. İstehsal olunan məhsulların MDB, Mərkəzi Asiya ölkələri, Pakistan və İranda realizə olunması planlaşdırılır”, - şirkətdən qeyd ediblər.

Öncə məlumat verilib ki, zavodun 2020-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Son xəbərlər