şənbə günü, 31 oktyabr 2026
     

Qızılın ucuzlaşması Azərbaycanı daha çox zərərə salmağa başlayır

Image


Dünya bazarlarında aparılan son əməliyyatlar zamanı qızılın unsiyasının qiyməti 1205 dollara qədər geriləyərək doqquz ayın ən aşağı səviyyəsinə düşüb. Artıq heç bir şübhə yoxdur ki, qızıl qiymətlərinin kritik səviyyə olaraq göstərilən 1200 dollardan da aşağı düşməsi qaçılmazdır. Qızılın belə sürətlə dəyərdən düşməsinə isə dolların bahalaşması və Çindən alış istiqamətində heç bir addım atılmaması təsir göstərir.
Valyuta bazarında dolların sürətlə bahalaşması, ekspertlərə görə, qızılın hələ müəyyən müddət dəyərdən düşməsinə gətirib çıxaracaq. Dolların bahalaşmasına ən böyük səbəb kimi isə Amerika Mərkəzi Bankının (FED) borclanma xərclərinin artacağı istiqamətindəki proqnozları göstərilir. Belə ki, FED-in son komitə toplantısında bankın rəhbəri Жanet Yellənil ABŞ-da faiz nisbətlərinin uzun müddət sıfıra yaxın qalacağını açıqlayıb. Bu uzaqgörənlik dollara olan tələbi artırarkən, qızılın, yəni ənənəvi olaraq ən etibarlı bilinən sərmayə vasitəsinin cazibəsinin zəifləməsinə gətirib çıxarıb. Analitiklər vəziyyəti belə izah edir: Son dövrlərdəki dəyər itkisinin iki səbəbi var. Bunlardan birincisi Rusiya və Ukrayna arasındakı barış planı ilə azalan gərginlikdir. Digər səbəb isə FED-in önümüzdəki il faiz nisbətlərinin yüksələcəyi istiqamətində proqnozlarından qaynaqlanan dolların dəyər qazanmasıdır. FED faiz nisbətlərini artırmağı təxirə salsa, qızıl yenidən canlana bilər. Lakin bu gözlənilmir və belə gedişlə qızılın 1000 dollardan da aşağı düşməsi gözləniləndir.
Analitiklərin fikrincə, dolların yüksəlməsinin başlıca səbəbi ABŞ iqtisadiyyatında bərpa prosesinin sürətlə getməsi, neftin ucuzlaşmasıdır. Artıq cari ilin ikinci yarısında bu dövlətdə ümumi daxili məhsulun artımı 4,2 faizdən 4,6 faizə qədər böyüyüb. Amerika rəsmilərinin ötən həftənin sonunda iqtisadiyyatın artım tempi ilə bağlı bu açıqlaması dollar indekslərinin bahalaşmasına gətirib çıxarıb. Analitiklər deyir ki, ilk dəfədir sözügedən valyutanın məzənnəsi 6 ay ərzində yalnız yüksəlmə tendensiyası tutub.
Amerikalı analitiklər düşünür ki, ABŞ valyutasının dəyərinin artması, qızılın və avronun düşməsi investorların Amerika bazarına inamının yüksəlməsi ilə bağlıdır. Belə ki, investorlar tərəfindən ABŞ səhmlərinə və qiymətli kağızlarına tələbat çoxalıb. Dolların qalxması həm də inflyasiyanın qarşısını alır və səhm bazarlarında Amerikanı lider dövlətə çevirir. Lakin bu şəraitdə qızılın dəyərdən düşməsi digər ölkələrə, o cümlədən Azərbaycana təsir edir. Məlumdur ki, qızılın dünya bazar qiyməti Azərbaycanın dövlət rezervlərinin dəyəri baxımından əhəmiyyətlidir. Belə ki, Dövlət Neft Fondu 30 ton qızıl alıb. İndi isə Neft Fondunun aldığı qızılın qiymətinin aşağı düşməsi səbəbindən dövlət rezervlərinin dəyərində nisbi azalmalar müşahidə edilir. Bundan başqa, Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı "Anglo Asian Mining plc" şirkəti də qızılın ucuzlaşmasından zərər edir. Belə ki, "Anglo Asian Mining plc" birinci yarım ildə unsiyası 1297 ABŞ dollarından 23545 unsiya qızıl satıb. Satış qiyməti 2013-cü ilin birinci rübü ilə müqayisədə 264 dollar aşağı olub. Birinci yarımildə "Anglo Asian Mining plc"nin cəmi gəlirləri 32,7 milyon dollar, xərcləri isə 33,5 milyon manat təşkil edib. Şirkət birinci yarımili 0,8 milyon dollarlıq əməliyyat zərəri ilə başa vurub, halbuki, şirkət ötən ilin eyni dövründə 9,3 milyon dollar əməliyyat mənfəəti əldə etmişdi. "Anglo Asian Mining plc"nin vergidən əvvəlki zərəri isə 7,5 milyon dollar təşkil edib. Qeyd edək ki, Londonda qeydiyyatdan keçmiş "Anglo Asian Mining plc" şirkəti Azərbaycanda qızıl, gümüş və misin kəşfiyyatı və istehsalı ilə məşğul olan şirkətdir. Azərbaycan hökuməti və "Anglo Asian Mining plc" şirkəti birgə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətini yaradıblar. Şirkətin səhmlərinin 51%-i Azərbaycan hökumətinə, 49%-i isə "Anglo Asian Mining plc" şirkətinə məxsusdur. Lakin hazırda qızılın dəyərdən düşməsi, qeyd olunanlardan göründüyü kimi, şirkətə və onun əsas səhmdarı olan Azərbaycana zərər edir.
Qızılı ucuzlaşdıran ABŞ dolları isə neftin də qiymətini sürətlə aşağı salır. Artıq London birjasında "Brent" markalı neftin qiyməti indiyə qədər proqnozlaşdırılmayan səviyyədə kəskin ucuzlaşıb. Belə ki, neftin 1 barreli 94 dollar 48 sentə qədər aşağı enib. Qeyd edək ki, son 17 ayda hələ belə minimal qiymətlər qeydə alınmayıb. Mütəxəssislər neftin sürətlə ucuzlaşmasını ilk növbədə ABŞ-da şist neft hasilatının artması, daha sonra ABŞ və tərəfdaşlarının İŞİD-ə endirdiyi hava zərbələri nəticəsində onların Yaxın Şərqdəki neft infrastrukturu və mədənlərinə bundan sonra bir daha zərər yetirə bilməyəcəkləri kimi pozitiv informasiyaların yayılması, həmçinin Avropada və Çində iqtisadi göstəricilərin aşağı düşməsi ilə izah edir. Lakin ən əsası, dolların bahalaşması buna təsir edir ki, bu vəziyyətdə Azərbaycanın da neftdən gələn gəlirləri azalır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ