şənbə günü, 31 oktyabr 2026
     

Dollar rublu əzdikcə Rusiya Azərbaycanın puluna daha səylə boylanır

Image


Şimal qonşumuzla Qərb arasında iqtisadi müstəvidə də yaranan gərginlik getdikcə artır və proseslərin bundan sonra daha sərt səpkidə inkişaf edəcəyi heç bir şübhə doğurmur. Bu fonda isə məlum olub ki, qərb təərfindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər. Belə ki, Qərb ölkələri Minsk danışıqlarına əməl etməyəcəyi təqdirdə Moskvanı yeni sanksiyalarla hədələyib.
Minsk razılaşmasına əsasən, Rusiya Ukrayna sərhədindən öz ordu və qüvvələrini geri çəkməli, burada təhlükəsizliyi təmin etməli, eləcə də müqavimət qüvvələri tərəfindən saxlanan əsirlərin hamısını azadlığa buraxmalıdır. Lakin Ukraynanın şərqində vəziyyətin yenidən gərginləşməsi və hərbi əməliyyatların keçirilməsi, cavab tədbiri kimi, Qərbin sanksiyalarının növbəti paketinin işə düşə biləcəyini istisna etmir. Belə vəziyyət isə Rusiya iqtisadiyyatına daha ciddi təsir edə bilər. Əslində, Moskvada qeyd olunan ssenarilərə hazırlıq görülür.
Bu günlərdə baş nazir Dmitri Medvedyevin keçirdiyi iclasda qeyd olunub ki, hökumət hazırda ölkə iqtisadiyyatının müxtəlif inkişaf ssenariləri üzərində işləyir. Bir neçə ssenari nəzərdən keçirilib və bura optimist ssenaridən tutmuş "total neqativ"ə kimi ssenarilər daxildir. "Total neqativ" ssenariyə görə, iqtisadiyyat 10%-dək düşə, dollar 48 rubladək möhkəmlənə, neftin bir barrelinin qiyməti isə 80 dollara düşə bilər. Məhz belə bir vaxtda dolların Rusiyada yenidən sürətlə bahalaşması müşahidə olunur. Artıq Rusiya Mərkəzi Bankı 39,38 rubla qədər qalxan dollara müdaxilə edə biləcəklərini açıqlayıb. Son məlumata görə, dollar sərbəst bazarda 11 qəpik qalxaraq 39,38 rubl, avro isə 18 qəpiklik yüksəlişlə 49,8 rubl olub. Ölkənin 55%-i dollar, 45%-i avrodan ibarət olan valyuta səbəti isə 14 qəpik artımla 44 rubl olub. Dollar Rusiya Mərkəzi Bankının ötən həftə üçün müəyyən etdiyi 0,3%-lik bahalaşma limitini də keçib. Yaranmış durumda Dünya Bankı da Rusiya iqtisadiyyatı ilə bağlı proqnozlarını mənfiyə doğru çəkib. Bank, konkret geosiyasi risqlər qalacağı halda, Rusiya Federasiyasını uzun tənəzzül gözlədiyini açıqlayıb. Qurum ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu 0,5 faizə endirib. Dünya Bankı bəyan edib ki, 2015-2016-cı illərdə Rusiya iqtisadiyyatında artımın sürəti zəif olacaq. "Fitch" agentliyinin qiymətləndirməsinə görə isə, sanksiyaların təsiri altında Rusiyanın Mərkəzi Bankının qızıl-valyuta ehtiyatı bu ilin sonuna 450 milyard, 2015-ci ilin sonuna isə 400 milyard dollara düşə bilər
Rusiyanın Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biri olduğunu nəzərə alsaq, baş verən proseslərin Azərbaycana təsirləri qaçılmaz sayılır. Əslində, Rusiyada baş verənlər, Azərbaycan kimi, bütün MDB ölkələrinə təsirsiz ötüşmür. İqtisadçı-ekspert Samir Əliyev qeyd edir ki, Rusiyada inflyasiya təzyiqi getdikcə artır: "İqtisadi İnkişaf Nazirliyi 2014-cü il üzrə orta illik inflyasiya səviyyəsini 6,5%-dən 7,4%-ə qaldırmağa məcbur olub. Dünya Bankı hətta 8% həddində proqnozlaşdırıb. Proses belə davam edərsə, vəziyyət daha da pisləşəcək". Onun sözlərinə görə, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi Azərbaycana da neqativ təsir göstərir: "İndiki vəziyyətdə tələsmədən addım atmaq lazımdır. Hazırkı məqam Rusiyaya investisiya yatırmaq üçün əlverişsiz zamandır, çünki risqlər çoxdur. Buna görə də indiki mərhələdə Neft Fondunun vəsaitlərinin Rusiyaya yönəlməsinə imkan vermək olmaz".
Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın VTB bankının rəhbəri Andrey Kostin bildirdi ki, rus banklarına Azərbaycandan maliyyə resursları cəlb edilə bilər. Ekspertlərə görə, xaricdən maliyyə resursları cəlb etmək üçün hazırda Rusiya bütün imkanlardan yararlanır. Təhlilçilər bu məqsədlə Rusiyanın Azərbaycana doğru boylanmasının gözlənilən olduğunu deyir. Çünki iqtisadi sanksiyaların tətbiqindən sonra xaricdən pul cəlb edə bilməyən Rusiya maliyyə institutlarının və şirkətlərinin həm də Azərbaycana üz tutacağı gözlənilən idi. Bu məsələdə Azərbaycan və Qazaxıstanın adı çəkilir. Hər iki ölkə təsadüfən seçilməyib. Çünki hər iki ölkənin kifayət qədər sərbəst neft pulu var. Lakin qeyd olunduğu kimi, indiki halda Azərbaycanın ehtiyatlı siyasət yürütməsi vacib sayılır. Digər iqtisadçı-ekspert Vüqar Bayramov isə bildirir ki, Rusiya bankları bəzi transferlər həyata keçirdikləri üçün qonşu ölkələrin, eyni zamanda, Azərbaycanın bank xidmətlərindən istifadə etmək niyyətindədir. Lakin onun fikrincə, Azərbaycanın kommersiya bankları üçün indiki məqamda Rusiyanın bank sektoruna daxil olmaq, hətta gəlirli olsa belə, arzuolunan deyil. Çünki Rusiyaya tətbiq olunan sanksiyaların onlarla əməliyyatlar aparan banklara da yönəldilməsi güman olunur. İran təcrübəsində bu müşahidə olunub. İran bankları ilə əməkdaşlıq edən banklara Qərb ölkələri sanksiyalar tətbiq edirdi. Ona görə də, indiki halda Rusiya bankları ilə əməkdaşlıq etmək məsləhət deyil.
Ekspertlərə görə, sanksiyalar qaldıqca, Rusiyanın bank sahəsində ziyanla işləyən bankların sayının artması müşahidə olunacaq. Bu səbəbdən daha çox Rusiya bankının maliyyə yardımı üçün ölkəmizə müraciət edəcəyi istisna deyil. Hələlik isə Qərb-Rusiya münasibətlərinin yaxın vaxtlarda düzələcəyinə, Putinin Ukrayna siyasətinə dəyişiklik edəcəyinə ümidlər azdır. Kiyevin təklif etdiyi xüsusi statusla razılaşmayan Donetsk və Luqansk separatçıları "müstəqillikdən" danışır, bu isə Ukrayna böhranının davam etməsi fonunda Rusiyaya qarşı saknsiyaların genişlənəcəyini və bu ölkə iqtisadiyyatının geriləyəcəyini göstərir. Bütün bunlar isə, qeyd olunduğu kimi, Azərbaycana da təsirsiz ötüşməyəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ